Kriminal

Moldovada uşaq oğurluğunda iştirak edən Milli Məclisin deputatı Ramil Həsənlə bağlı qalmaqal beynəlxalq səviyyəyə çatıb

Sharing is caring!

Bu yaxınlarda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Moldovaya səfər edib. Lakin səfərin məqsədi rəsmi deyil, daha çox şəxsi xarakter daşıyırdı.  

Həsən oraya arvadının İngiltərə vətəndaşı, keçmiş ərindən olan uşağının Moldova Respublikası ərazisindən qaçırılması və ölkədən qanunsuz çıxarılması ilə bağlı açılan cinayət işini ört-basdır etmək üçün getmişdi. Cinayət işi Moldova Respublikası Cinayət Məcəlləsinin 207-ci “Saxta sənədlər əsasında və ya başqa qanunsuz yolla uşağın ölkədən çıxarılması” maddəsi üzrə məsuliyyəti nəzərdə tutur. Bu, 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, deputatın həyat yoldaşı MDB ərazisində axtarışa verilib. Yekaterina birgə yaşadığı şəxsə – Britaniya vətəndaşına qarşı etdiyi uğursuz şantaj cəhdlərindən sonra uşağını ölkədən çıxarmaq üçün Ramil Həsənlə ailə qurur. 

Uşağın qəyyumluğu işi üzrə məhkəmənin növbəti iclas zamanı Ramil Həsən, hakimlərə təzyiq göstərməyə çalışaraq Azərbaycan və Türkiyə prezidentləri ilə olan birlikdə fotolarını məhkəməyə təqdim edir. Həmçinin millət vəkili məhkəməyə kiçik reklam agentliyi olan Etna Group tərəfindən verilən müəmmalı, guya aylıq 11 min dollar maaş göstərilən saxta arayış da təqdim edir. 

LinkedIn peşəkarlar şəbəkəsində bu şirkətin yalnız dörd əməkdaşı qeydiyyata alınmışdı. Və şirkət əməkdaşları arasında Həsən soyadlı bir nəfər belə yox idi. Bu fakt ortaya çıxanda bir çoxlarında sual yaranır: Ramil Həsən kimi aldadır – maaşını on qat artıq göstərməklə arayış təqdim etdiyi Moldova məhkəməsini, yoxsa vergidən yayındığı Azərbaycan dövlətini?! 

Qəyyumluq işi ilə bağlı məhkəmənin yekun qərarını gözləmədən millət vəkili Ramil Həsən diplomatik statusundan istifadə edərək uşağı bir neçə dəfə Kişinyov hava limanından keçirmək cəhdi aeroportun Sərhəd Mühafizə Xidməti tərəfindən qeydə alınır. Sonra deputat həyat yoldaşı ilə birlikdə dəfələrlə uşağı Moldovanın konstitusiya hakimiyyəti tərəfindən nəzarətsiz separatçı region olan Dnestryanı əraziyə aparıblar. Bu, Moldova Respublikasının Sərhəd Polisi əməkdaşları tərəfindən nəzarət prosedurundan yayınmağa və beləliklə də, məhkəmənin atanın razılığı olmadan uşağın xaricə aparılma qadağasını pozaraq qızın ölkədən çıxmasına imkan yaradıb. 

Ali Məhkəmə 2020-ci ilin 18 fevral tarixində İngiltərə vətəndaşı olan ataya qəyyumluq verilməsi  barədə qərar verdiyi gün uşaq oğurlanaraq Azərbaycana gətirilir. Fevralın əvvəlində Moldova məhkəməsinin qəyyumluq haqqında qərarına Azərbaycan Ali Məhkəməsi baxacaq. Yaranacaq qalmaqaldan qorxaraq, bunun millət vəkilinə, eləcə də Yekaterina üçün uğursuz olacağını anlayaraq, Həsən Kişinyovda görüş zamanı iddianın geri götürülməsini (görüşdə ata olmayıb, Həsən onu görməkdən qətiyyətlə imtina edib) israr edir, yəni faktiki olaraq uşaqdan imtina etməyi tələb edir… Bunun müqabilində ataya qızı ilə telefonla danışma fürsəti veriləcəyini vəd edir. Həsənin iddianın geri götürülməsilə bağlı istəyi rədd edildi. İndi çox güman ki, o, qanun qarşısında uşaq oğurluğunda rolu ilə bağlı narahat suallara cavab verməli olacaq.

Məlumdur ki, deputatın arvadı öz məqsədlərinə nail olmaq üçün uşaqdan bir vasitə kimi istifadə edərək əvvəlki ərini dəfələrlə şantaj edib. Atanın uşağını görməsi müqabilində ondan əlavə ödənişlər tələb edib. 

Millət vəkili və diplomat Ramil Həsən səhv ardınca səhv edir. Bunlar olduqca qəribə səhvlərdir: belə bir səviyyədə olan şəxs, hərəkətlərinin nəticələrini dərk edərək üç addım irəlini düşünməlidir. Həyat yoldaşı artıq uzun müddətdir ki, şəxsi problemlərinin həllində ondan istifadə edir. Həsən çıxılmaz vəziyyətə düşüb və onun hər növbəti addımı vəziyyəti daha da çətinləşdirir, diplomatik münasibətlərə, eləcə də Azərbaycanın imicinə ciddi ziyan vurur.

Ramil Həsən fəal şəkildə qanunu pozan qadına kömək edib və kömək etməkdə davam edir. Təkrarlayırıq, söhbət hər hansı bir sıravi vətəndaşdan getmir. Uşağı oğurlayan qadın ölkənin ən yüksək qanunverici orqanının nümayəndəsi olan azərbaycanlı deputat tərəfindən himayə olunur. Belə çıxır ki, Azərbaycan uşaq oğrusunu himayə edir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir