Kriminal

Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladı

Sharing is caring!

Bakıda sərnişin daşıma ilə məşğul olan Göyçay rayon sakinindən Yeni il ərəfəsində külli miqdarda oğurluq edilib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

1982-ci il təvəllüdlü Anar Bəşirov paytaxtın Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib.

Kişi Ayna Sultanova küçəsində bir sərnişinin taksiyə mindiyini deyib. Sərnişin taksidən endirdikdən sonra sürücü avtomobilindən 1900 dolların yoxa çıxdığını aşkar edib.

Qeyd edək ki, indiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb. Əməliyyatçılar şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir