Kriminal

Azərbaycanda iş adamı həmkarına qarşı cinayət törətdi

Sharing is caring!

Azərbaycanda iş adamına qarşı dələduzluq etməkdə ittiham olunan Rasim Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az-ın əldə etdiyi məlumata görə, Rasım Alışov 7 oktyabr 2016-cı il tarixdə tanışı Yardımlı rayonun Mişkireyn kənd sakini Aydın Ağayevin etibarından sui-istifadə edib. O, zərərçəkmiş şəxs təsisçisi olduğu MMC-nin aparıcı direktoru (təmsilçisi) işləyərkən həmin MMC-yə su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edib.

Daha sonra Rasım Alışov Yardımlı rayonun ərazisində yerləşən “Şəlalə” turizm istirahət mərkəzində Aydın Ağayevdən 50.000 ABŞ dolları məbləğində, yəni 80.180 manat pulunu ələ keçirib.

İstintaq orqanı tərəfindən Rasim Alışovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Alışovun dələduzluq törətməsi barədə əməli sübuta yetirilməyib. Məhkəmə tərəfindən ona bəraət verilib.

Hökmdən narazı qalan zərərçəkmiş Aydın Ağayev və onun nümayəndəsi apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Aydın Ağayevə ən ağır həddə cəza verilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş tərəfin verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrlik etdiyi kolegiyada baxılıb və zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir