Kriminal

Bir il əvvəl qəzada oğlunu itirən rusiyalı milyarder öldürüldü – VİDEO

Sharing is caring!

İki naməlum şəxs rusiyalı biznesmen Vladimir Maruqovun evinə girərək onu qətlə yetirib, milyarderin bir yerdə yaşadığı qadın isə xilas ola bilib.

Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla xəbər verib.

Məlumata görə, maskalı iki nəfər Maruqovun Moskva vilayətində Anosino kəndindəki bağ evinə soxulub. Onlar biznesmenin və yaşadığı qadın Səbinə Qaziyevanın əl-qolunu bağlayıblar. Lakin qadın özünü pəncərədən ataraq qaça bilib.

Cinayətkarlar isə kişini arbaletdən vurublar.

Qadın qonşuların evindən polis əməkdaşlarını çağırmağı bacarıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Bildirilir ki, polis qısa müddətdə şübhəlilərin avtomobilini tapıb. Maruqovun evinə basqın edənlər isə qaçmağı bacarıb.

Vladimir Maruqov “Stroy-proyekt”, “Ozeretskiye kolbası”, “Myasnaya imperiya” “SK Teploset” və “Naska” şirkətlərinin sahibi və baş direktoru idi. Ət istehsalı sahəsində uğurlu karyerası ilə əlaqədar Maruqov “Kolbasa Kralı” ləqəbini almışdı.

Xatırladaq ki, bir il öncə Moskvanın mərkəzində baş vermiş avtomobil qəzasında V.Maruqovun oğlu Aleksandr ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir