Sumqayıt sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H. Z. Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Kərimovdan lüləsi, qundağı kəsilmiş ov tüfəngi və üç ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.