Kriminal

Bakıda kişi bıçaqla arvadının üzünü kəsdi

Sharing is caring!

Növbəti məişət zorakılığı faktı ötən gün ərzində Bakının Səbail rayonu 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qeydə alınıb.

Bu barədə Xeberal.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1998-ci il təvəllüdlü S.Nəzərova polisə şikayət edərək evdəki münaqişə zamanı 1989-cu il təvəllüdlü əri T.Rəhimov tərəfindən döyüldüyünü deyib. Bundan əlavə, kişi arvadının üzünü bıçaqla kəsib.

T.Rəhimov hələ saxlanılmayıb, faktla bağlı araşdırma aparılır.

Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycanda məişət zorakılığı hallarının tez-tez baş verdiyini və bununla əlaqədar mövcud cinayət qanunvericiliyində dəyişiklik edilməsi lazım olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir