Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Xeberal.Az-ın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki “Yaşıl məkan” kafesinin qarşısında rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Nəsibov tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nayihəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.