Kriminal

Bakıda gənclər küçədə kişini döyüb əşyalarını oğurladılar

Bakı sakini küçədə döyülərək qarət edilib.

Xeberal.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini T.Maksimov ötən gün gecə saatlarında rayonun Bəşir Səfəroğlu küçəsində olarkən qəflətən naməlum şəxslərin hücumuna məruz qalıb.

Həmin şəxslər ona baş və bədən nayihəsindən xəsarətlər yetirərək, üzərində olan bahalı qol saatını, qolbaq və bank kartını götürərək, hadisə yerindən qaçıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Çingiz Rəsulov və 2000-ci il təvəllüdlü Sadiq Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir