Kriminal manset

Bakıda kirayədə yaşayan qadına işgəncə verildi

Bakının Binəqədi rayonunda qadına işgəncə verəkdə ittiham olunan Saleh Şahmarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Xəbəral.az -ın xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə kirayədə yaşayan Təhminə Abdullayevanın Saleh Şahmarov tərəfindən fiziki təzyiqə məruz qalıb.

Baş verən dəhşətli işgəncə faktı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Daha sonra əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən göndərilib.

Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlinin tərkib əlamətləri olub.

İstintaq orqanı tərəfindən Saleh Şahmarovun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir