Kriminal manset

SON DƏQİQƏ! Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edildi — ÖZƏL

Sharing is caring!

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan iki nəfə həbs edilib.

Xəbəral.az -ın əldə etdiyi məlumata görə, Abbasquliyev Həbib Əbil oğlu və Abbasquliyeva Lamiyə Elxan qızı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunublar.

Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatı təmin olunub.

Hər iki şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir