Kriminal manset

Şəmkirdə 2 əmioğlu bıçaqlandı, biri öldü

Sharing is caring!

Şəmkirdə 1 nəfəri qətlə yetirən və daha 1 nəfəri isə ağır yaralayan şəxs saxlanılıb.

Xəbəral.az xəbər verir ki, Şəmkir rayon Sabir kənd sakinləri olan, Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanaraq ağır xəsarət alıblar.

R.Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. X.Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir