Kriminal manset

Bakıda iki dost güllələndi

Sharing is caring!

Bakıda silahlı insident baş verib.

Xəbəral.az  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-cı il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı Ə. Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F. Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb. Hər iki yaralı əməliyyat olunub.

Qeyd edək ki, Əliağa Faiqgilə qonaq gəlib və hadisə onun həyətində baş verib.

Hazırda cinayətin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir