Bakı Ağır Cinayətlər Məhkəməsinə hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Xəbəral.az-ın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub.
G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.
Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qayınatası Mirverdi Məmmədovun evində cinayət törədən 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.
Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.