Kriminal manset

20 avtomobildən ogurluq edən şəxs saxlanıldı

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Xəbəral.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fləşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

İstintaqa cəl olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fləşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

İstintaqa cəl olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir