Kriminal manset

Bakı sakini cəbbəxana ilə tutuldu – Əməliyyat

Sharing is caring!

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Xəbəral.az -a verilən məlumata görə, Baş İdarəyə Rəşad Qasımovun üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs – paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Licenced Trodemarkof NYU” markalı tapança, altı ədəd patron, bir ədəd patron darağı və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hunday” markalı avtomobilə baxış zamanı bir ədəd nömrəsi silinmiş TOZ 8 markalı ov tüfəngi, bir ədəd İJ-53 markalı pnevmatik tapança, bir ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, bir ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı R.Qasımov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir