Kriminal

Masallıdakı dəhşətin təfərrüatı: Sarvan Aliməni dörd yaşında zorlayıbmış, qətli törətdikdən sonra…

Sharing is caring!

Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Qafqazinfo-nun məlumatına görə, bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin dörd yaşı olanda Sarvan onunla zorla intim əlaqədə olub.

Buna görə Sarvana doqquz il həbs cəzası verilsə də, altı ildən sonra o, azadlığa çıxıb. Ailələr razılığa gəlib ki, Sarvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdan iki uşağı dünyaya gəlib.

Son vaxtlar ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada da yaşayıb.

Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb. Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıb. Sarvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Miralim və anası Zemfiranı ov tüfəngi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb.

Lakin Sarvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izləri ilə tapıb. Sarvan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində Alimə və Miralim ölüb, Zemfiranın vəziyyəti isə ağırdır.

Sarvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.