Kriminal

Özlərini vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirənlər barəsində cinayət işi başlanıb

Sharing is caring!

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan İlkin Babayev, Eldar Muradov və digərlərinin özlərini dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin edilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verməklə şəxslərə məxsus 150 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Fakta görə başlanmış cinayət işi üzrə qrup üzvləri Cinayət Məcəllənin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir