Kriminal

Gəlinini öldürən qayınataya hökm oxundu – TƏFƏRRÜAT

Sharing is caring!

Daşkəsənin Bayan kəndində 1993-cü il təvəllüdlü gəlini Nəzakət Həsənovanı qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mustafayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 22-də baş verib.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gəlini mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının evinə getdiyi üçün aralarında narazılıq olub. Növbəti dəfə Nəzakət anasının xəstə olması adı ilə İmişliyə gedib. Lakin M.Mustafayev oğlu Samirə zəng edərək, Nəzakətin yalan danışdığını, anasının sağlam olduğunu, gəlinini evə gətirməyi deyib.

Samir İmişliyə yoldaşını gətirməyə getsə də, Nəzakətin anası və bacısı buna razı olmayıblar. Samir daha sonra Bakıya gedib, iki ay sonra isə Nəzakət də paytaxta yoldaşının yanına yollanıb.

2022-ci il avqust 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb. Hadisənin baş verdiyi gün Məhəmmədəli Mustafayev gəlinini həyətyanı sahədən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə – “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardılar, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy”, – deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qayınata mübahisənin davamında mətbəxdən götürdüyü bıçaqla gəlininə bir neçə zərbə yetirərək onu öldürüb.

Cinayəti törədən şəxs hadisədən sonra DİN-in “102” xidmətinə zəng edərək gəlinini öldürdüyünü deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir