Kriminal

Neftçala bələdiyyəsində baş vermiş mənimsəmə faktları ilə bağlı cinayət işi başlanıb

Sharing is caring!

Bəzi sosial şəbəkə və media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Neftçala Rayon Prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd olunan faktla bağlı 21.10.2022-ci il tarixdə Neftçala Rayon Prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılıb.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir