Kriminal

Bakıda keçmiş arvadının başını asfalta vuran şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını döyməkdə təqsirləndirilən Elnur Əsədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və Elnur Əsədovun barəsində həbs qətimkan tədbiri seçilməklə yanaşı, dərhal məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, hadisə 17 aprel 2022-ci il tarixdə saat 22:45 radələrində Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Elnur Əsədov keçmiş arvadı Mələk Səfərova (şərti) ilə azyaşlı övladını onunla görüşməsinə icazə vermədiyindən mübahisə edib. Nəticədə o, qadının baş nahiyəsini asfalta vuraraq, onun qəsdən sağlamlığına yüngül zərər yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir