Kriminal manset

DTX-nın həbs etdiyi baş məşqçinin qardaşı ilə bağlı – Yeni xəbər

Sharing is caring!

Azərbaycanda insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb.

Daha sonra çıxış etmək üçün prokurora söz verilib.

Prokuror çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün hakimlərdən vaxt istəyib.

Növbəti proses noyabrın 22-nə təyin olunub.

İttihama görə, Vahib Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Onun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsi müəyyən edili.

Cinayət işində 27 zərərçəkmiş var.

Vahi Xudadatov “Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir