Kriminal manset

Bakıda 43 yaşlı kişini bıçaqlayan keçmiş məhkum saxlanılıb

Sharing is caring!

Bakıda 43 yaşlı kişini bıçaqlayan keçmiş məhkum saxlanılıb.

XəbərAl.az-ın xəbərinə görə, hadisə oktyabrın 28-də paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İ.Qasımov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir