Kriminal manset

Sevgilisini xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

XəbərAl.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası növbəti həftəyə təyin edilib.

Qeyd edək ki, qətl hadisə bu il mayın 3-də Sumqayıtda Nərimanov küçəsi, “Mərkəzi bazar” ərazisində baş verib.

Eynək satılan dükanların birində Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı zərbələr endirib.

İlkin məlumata görə, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. S.Abdullayev isə qadının işlədiyi yerə gələrək, onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan qadın 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Seymur Abdullayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir