Kriminal Manşetüstü

Azərbaycanda yol terroru davam edir – 6 ÖLÜ, 24 YARALI

Noyabrın 2-də Azırbaycanda baş vermiş yol qəzalarında 6 nəfər dünyasını dəyişib.

XəbərAl.az xəbər verir ki, dünən ölkə yollarında ölüm və xəsarətlə nəticələnən 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa, daha 24 nəfər xəstəxanalara yerləşdirilib.

Ölümlə nəticələnən qəzalardan 4-ü piyadaların vurulması halı olub. Belə ki, Kürdəmir, İsmayıllı, Şəmkir və Şirvanda avtomobillərin vurduğu piyadalar ölüb. Qobustan rayonunda isə “Mercedes” markalı mikroavtobusun maneəyə çırpılması 2 nəfərin ölümü, daha 5 nəfərin istə xəsarət almasına səbəb olub.

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.