Kriminal Manşetüstü

Şəmkirdə qız qaçıranlar onun qardaşına… – Gözlənilməz olay

Sharing is caring!

Şəmkir rayonunda 18 yaşlı oğlan bacısını qaçıranlara mane olmaq istəyən zaman xəsarət alıb.

XəbərAl.az-ın məlumatına görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

21 yaşlı qızı evlənmək məqsədi ilə avtomobilə mindirilərək qaçıran zaman qızın 18 yaşlı qardaşı buna mane olmaq istəyib.

Qızı qaçıranlardan biri onu maşından uzaqlaşdırmaq məqsədi ilə itələyib. Yerə yıxılan gənc başından ağır xəsarət alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan oğlanın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir