Kriminal manset

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Sharing is caring!

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.

XəbərAl.az-ın  məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir