Kriminal

Ötən ilin məişət zorakılıqları: Qısqanclıq zəminində 10 mindən çox cinayətin qarşısı alınıb

Sharing is caring!

“Azərbaycanda 2021-ci ildə məişət zorakılığı ilə bağlı 2197 cinayət qeydə alınıb və bu cinayətin hər beşindən biri qısqanclıq zəminində baş verib”.

Oxu.Az-ın xəbərinə əsasən, bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.

O bildirib ki, 2021-ci ildə 10 600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb.

“Bir düşünək, bunun qarşısı alınmasaydı, bu qədər cinayət qeydə alına bilərdi?!”, – deyə o əlavə edib.

Komitə sədri bildirib ki, qanunvericilikdə gender ekspertizasının aparılması qaydasının müəyyən edilməsi üçün sədri olduğu Dövlət Komitəsi tərəfindən bir sıra yeni təkliflər hazırlanıb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir