Kriminal manset

Astarada 17 il axtarışda olan şəxs tutuldu

Sharing is caring!

Astara rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 8 noyabr 2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir