Kriminal manset

Vəkillər Kollegiyasının üzvünə və müstəntiqə hökm oxundu

Sharing is caring!

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəbərAl.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması 2 illik qadağan edilib.

Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə 5000 manat cərimə edilib.

Vüqar Poladov və Misir Əmirov Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir