Kriminal

Azərbaycanda rəsmi şəxslərə qarşı zor tətbiq edənlər hakim qarşısına çıxarılır

Sharing is caring!

20 sentyabr 2022-ci il tarixində Mingəçevir şəhəri ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Bəhruz Mustafayevə və nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində matros vəzifəsində işləyən Toğrul Rəhimliyə qarşı zor tətbiq olunması faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov qeyd edilən tarixdə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə quraşdırdığı balıq torlarına qayıqla nəzarət edərkən Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırdıqda Şaban Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayığa töküb alışqanla yandırıb, nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Şaban Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir