Kriminal

Azərbaycanda vəzifəli şəxsə hökm oxundu

Sharing is caring!

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almaqda təqsirləndirilən Elyar Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdan yeddi min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir