Kriminal Manşetüstü

Kafedə qadının dəhşətli qətli – Cinayət işi açıldı

Sharing is caring!

Ağdam rayonunda qadını öldürməkdə təqsirli bilinən Ayaz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XəbərAl.az xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu il rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.

Kişi qadının başına, bədəninə çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Öldürülən qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Vəliyeva olduğu məlum olub.

O, həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Quliyev tərəfindən bıçaqlanıb.

Təzəgül Vəliyeva Ağdam rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İstintaq orqanı tərəfindən Ayaz Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir