Kriminal manset

Ağdamda 55 yaşlı qadını kafedə qətlə yetirdilər

Sharing is caring!

Ağdamda kafedə qadını öldürməkdə təqsirli bilinən Ayaz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XəbərAl.az  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.

Kişi qadının başına, bədəninə çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Öldürülən qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu məlum olub. O həmyerlisi  Evoğlu kənd sakini  1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu  tərəfindən bıçaqlanıb.

Təzəgül Vəliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

A. Quliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir