Kriminal manset

Məşhur restoranının sahibinə dələduzluq edən həbs edildi – Hökm

Sharing is caring!

Bakıda dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

İlqar Həsənli 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polis nəzarəti altında verilmə qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmə zalından həbs edilib.

İttihama görə, restoranlarda operator kimi çalışan İlqar Həsənli “Ağ çiçəyim” restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.

O, Nadir Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb.

İstintaq orqanı tərəfindən İlqar Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İstintaq dövründə İlqar Həsənlinin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir