Kriminal

Arvadını lüt halda küçəyə atıb, 11 aylıq oğlunu yerə çırpan şəxsə HÖKM OXUNDU

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində 11 aylıq oğlunu yerə çırparaq öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Samir Ağakərimova hökm oxunub.

Sfera.az xəbər verir ki, o, məhkəmənin hökmü ilə 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatrladaq ki, hadisə bu il aprelin 26-da Yasamal rayonu ərazisində baş verib. Hadisənin təfərrüatlarını təqdim edirik.

2013-cü ildə ailə quran Samir Pərvanənin evliliklərindən 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və 2021 -ci il tarixdə Amin adlı övladları dünyaya gəlib. Sonuncu övladları doğulandan sonra Samir evdə hər gün dava-dalaş salaraq Aminin onun övladı olmadığını deyərək həyat yoldaşını əxlaqsızlıqda günahlandırıb. Bu ittihama səbəb isə Pərvanənin maddi sıxıntılara görə sosial şəbəkələrdə yardım səhifələrinə müraciət etməsi olub. Belə ki, o uşaqları üçün yardım istəyib və dəfələrlə müxtəlif insanlardan yardım alıb. Samir isə bu yardımları Pərvanənin gəzdiyi şəxsin etdiyini iddia edib.

Araşdırmalar zamanı Samirin narkotik istifadəçisi olduğu və hadisə günü narkotik vasitələrin təsiri altında olduğu məlum olub.

O hadisədən əvvəlki son 3-4 gün ərzində dayanmadan 11 aylıq Aminin başqa kişidən olduğunu deyərək Pərvanə ilə mübahisə etməyə başlayıb. 26 aprel günü isə o, Pərvanəni və 3 övladını çılpaq soyundurub və həyətə çıxarıb. Sonra Samir özü də çılpaq soyunub və onlara göndərilmiş yardımları və əşyaları küçəyə tullayıb. Daha sonra o, qəflətən Amini Pərvanənin qucağından alaraq var gücü ilə yerə çırpıb. Samir bununla kifayətlənməyib və uşağı ikinci dəfə də yerə çırpıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir