Kriminal manset

“Gəncə hadisələri”nə görə tutulan 4 nəfər azadlıqda

Sharing is caring!

“Gəncə hadisələri”nə görə həbs olunanlardan 4 nəfər azadlığa buraxılıb.

XəbərAl.az-ın verdiyi xəbərə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin kollegiyası bu işlə bağlı təqsirləndirilən 8 nəfərə hökm oxuyub.

Məhkəmənin hökmü ilə Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıb.

Babək Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir