Kriminal Manşetüstü

Tərtər sakininin evində narkotik vasitə aşkar edilib – FOTO

Sharing is caring!

Tərtər rayonunun Mamırlı kənd sakinindən külli miqdarda marixuana götürülüb.

XəbərAl.az-ın verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əli Hüseyn oğlu Həsənov saxlanılıb. Onun işlədiyi çayxanaya və yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 1 kq 400 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir