Hadisə Kriminal

Türkiyədə öldürülən Qənirənin meyiti Gəncəyə gətirildi

Sharing is caring!

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızın cənazəsi yaxınlarına təhvil verilib. 

XəbərAl.az unikal.org-a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarovanın meyti artıq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsində ekspertiza olunub. Qətlə yetirilən qızın meyti dünən gecə yaxınlarına təhvil verilib. Qənirə Cabbarova dəfn olunmaq üçün təyyarə ilə cənazəsi doğulub, boya-başa çatdığı Azərbaycanın Gəncə şəhərinə gətirilib.

Qeyd edək ki, iki gün əvvəl  24 yaşlı Qənirə Cabbarova Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı sevgilisi tərəfindən taksidə 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir