Hadisə Kriminal

Bakıda “Topaz”dan quldurluq edən gənc tutulub

Sharing is caring!

Bakıda 19 yaşlı gənc “Topaz” mərc oyunları salonundan quldurluq edib.

XəbərAl.az-ın xəbərinə görə, hadisə sentyabrın 22-də paytaxtın Təbriz küçəsində baş verib.

Belə ki, Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərc oyunları salonunda quldurluq yolu ilə 200 manat pulu talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü E.Yusublu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir