Kriminal

Şirvanda evlərdən oğurluq edən şəxs saxlanılıb

Sharing is caring!

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi yaşayış evindən  oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib. 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir