Kriminal

Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb – FOTO

Sharing is caring!

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nazim Tağıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər sakini N.Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir