Kriminal manset

13 yaşlı oğlan anasına mesaj yazan şəxsi bıçaqladı

Sharing is caring!

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir