Kriminal Manşetüstü

Bakıda maşınla piyadanı vurub qaçan sürücü tutuldu — 15 gün sonra

Sharing is caring!

Piyadanın vurulması ilə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
XəbərAl.az xəbər verir ki, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü – Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir