İqtisadiyyat

“Neft Daşları”nda istismar quyusu açıq fontana keçib

Sharing is caring!

28.08.2022-ci il tarixində səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçmişdir. 

Bu barədə “Azneft” İB məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmamış və yanğın qeydə alınmayıb. 

Meydançada işlək quyuların fəaliyyəti dayandırılmış, orada işləyən  əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılmış və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.

Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir. 

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir