İqtisadiyyat

Çingiz Əsgərov: “Kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik”

Sharing is caring!

“Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası ilə bağlı kompensasiya mərhələsinə hələlik gəlib çatılmayıb”.

Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

“Çünki bu, böyük bir şikayətdir. Biz məcburi köçkünlərin Konvensiyada nəzərdə tutulan bütün hüquqları və pozulmuş şikayətləri ilə bağlı şikayət vermişik. Şikayətin mümkünlüyündən sonra mahiyyətinə baxılacaq. Bundan sonra isə biz kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik. Məhkəmə də bununla bağlı qərar qəbul etməli olacaq”, – Ali Məhkəmənin sədr müavini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir