İqtisadiyyat

Neft Fondundan büdcəyə transfert proqnozlaşdırılandan az olub

Sharing is caring!

Bu ilin ayı ərzinjə dövlət büdcəsinə Dövlət Neft Fondundan ( DNF) transfertləri nəzərdə tutulduğundan az icra edilib, valyutaya azalan tələb fonunda Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirib.

APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Qeyd edilib ki, dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən DNF transfertləri 73,1% icra edilib, bu mənbədən dövlət büdcəsinə 4648,0 mln. manat vəsait daxil olub. Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika DNF aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb.

Cari ilin yanvar-iyun ayları ərzində DNF aktivləri 282 mln. ABŞ dolları artaraq 45306,8 mln. ABŞ dollarına yüksəlib.

Tələbin azalması fonunda AMB bazara alışyönlü müdaxilələr etmiş, cari ildə valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə 297,0 mln. ABŞ dolları həcmində valyuta alışı həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir