İqtisadiyyat

Vladimir Norov: “Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır”

Sharing is caring!

“Özbəkistan Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır”.

Trend-in məlumatına görə, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, üç ölkənin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti xüsusi aktuallıq qazanır.

V.Norov qeyd edib ki, planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Trans-Qafqaz dəhlizi ilə birləşməsi üç ölkə arasında vahid nəqliyyat şəbəkəsini yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.

“Məhz buna görə Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.