İqtisadiyyat

Rusiya “Şimal axını” ilə Almaniyaya qaz verilişini bərpa edib

Sharing is caring!

İyulun əvvəlindən etibarən boru kəmərində aparılan texniki işlərdən sonra Rusiya qazının “Şimal axını” ilə Almaniyaya nəqli bərpa edilib.

Bu barədə Almaniyanın OPAL və NEL qaz kəmərlərinin operatorları məlumat yayıblar.

Bildirilir ki, iyulun 21-də səhər saatlarında Almaniyanın Qreyfsvald şəhərindəki qəbul məntəqəsində “Şimal axını” ilə qazın fiziki axını bərpa edilib.

Layihənin operatoru “Nord Stream AG” da xəbəri təsdiqləyib. Bununla belə, şirkət qaz kəmərinin tam gücü ilə işləməsi üçün hələ müəyyən vaxt keçməli olduğunu bildirib.

Xatırladaq ki, iyulun 11-də “Qazprom” təmir işləri ilə əlaqədar “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırmışdı.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir