İqtisadiyyat

Sahibkarlara dəstək davam edir: Nazir ayrılan kreditlərdən yazdı – FOTO

Sharing is caring!

Sahibkarlığın İnkişaf Fondu (SİF) tərəfindən iki şirkətə dəstək məqsədilə kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalın təşviqi və sahibkarlara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan “Xanni-2017” MMC-yə 2 milyon manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir