İqtisadiyyat

İqtisadiyyat Nazirliyində Danimarka şirkəti ilə müzakirələr aparılıb – FOTO

Sharing is caring!

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Danimarkanın “Vestas” şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpa olunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir